
Bakıda güclü külək səbəbindən şəhər ərazisində 12 ağac aşıb.
BAKU.WS xəbər verir ki, ağacların aşması dünən axşam saatlarında qeydə alınıb.
Güclü küləyin təsirindən bir neçə ağac avtomobillərin üzərinə aşıb, bəzi yol hissələrində isə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupu tərəfindən fəsadlar dərhal aradan qaldırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.