10-04-2025, 21:48 390

Ermənistan vətəndaşından məhkəmədə etiraf

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 10-da davam etdirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini etiraf edib.

Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş M.Paşayan ona "Kalaşnikov" silahı təhkim olunduğunu bildirib.

Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə "Əsgəran alayı"na qoşulduğunu bildirib və əlavə edib: "1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi".

M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.

O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.

İkinci Qarabağ müharibəsində də ona "Kalaşnikov" avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala "Azərbaycan Ordusuna qarşı..." cavabını verib.

M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub.

Təqsirləndirilən şəxs qondarma rejimin "igidliyə görə" medalı ilə təltif olunduğunu bildirib.

Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında "Ağdam Azərbaycan Respublikasının rayonudur" deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib.

O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxs Davit Allahverdiyan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırıb. O, "Xankəndi universiteti"ndə təhsil aldığını, 2006-2008-ci illərdə Əsgərandakı hərbi hissədə hərbi xidmətdə olduğunu, Ağdamda döyüş növbətçiliyi həyata keçirdiyini bildirib və deyib: "Hərbi hissənin komandiri Artur Harutyunyan idi. Hərbi xidmətdə olarkən mənə snayper silahı təhkim edilmişdi".

Onun sözlərinə görə, hərbi xidmətdən qayıdarkən ali təhsilini davam etdirib. Lakin həmin vaxt təhsil aldığı ali məktəb Ermənistan Aqrar Universitetinin "filialı"na çevrilibmiş.

Bundan sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin "Təhlükəsizlik şurası"nın "kənd təsərrüfatı sektorunun müdiri", sonra isə rejimin "kənd təsərrüfatı nazirinin müşaviri" "vəzifələr"ində çalışdığını deyib.

44 günlük müharibə zamanı hərbi xidmətə çağırıldığını söyləyən təqsirləndirilən şəxs ona avtomat silah təhkim edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında qanunsuz silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin tərkibində olduğuna görə isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.

Kənd təsərrüfatı sahəsi üzrə "vəzifəli şəxs" olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.

Daha sonra təqsirləndirilən şəxs Levon Balayan dövlət ittihamçılarının suallarını cavablandırıb. L.Balayan 1978-ci ildə Bakı şəhərində anadan olduğunu, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünü bildirib.

Bu zaman təqsirləndirilən şəxs David Babayan suallara cavab verməsində Levon Balayana kömək etdiyinə görə hakim D.Babayana xəbərdarlıq edib.

L.Balayan müharibədən sonra aylıq maaş müqabilində qanunsuz hərbi birləşməyə qoşulduğunu, Ermənistan dramı ilə 400-500 ABŞ dolları ekvivalentində əməkhaqqı aldığını deyib.

Təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.

"Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı", - deyə o əlavə edib.

Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də deyib.

Sonrakı dövrdə "Xocavənd alayı"na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.

Təqsirləndirilən şəxs Vasili Beqlaryan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman 2012-2013-cü illərdə Ağdərədə müddətli hərbi xidmətdə olduğunu, 2018-ci ilədək Xocavənd rayonunun Edilli kəndində, sonra isə 2022-ci ilədək Ermənistanın İrəvan şəhərində yaşadığını deyib.

Həmin ilin sentyabrında Xankəndiyə gələrək müddətli hərbi qulluqçu kimi xidmətə başladığını deyən təqsirləndirilən şəxs ayda 400 min Ermənistan dramı maaş aldığını söyləyib.

Təqsirləndirilən şəxs Erik Qazaryan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavab olaraq 2021-ci ildə müddətdən artıq hərbi xidmət üçün Ermənistanın Qafan şəhərindən Azərbaycanın Xankəndi şəhərinə getdiyini deyib.

"Ermənistandan istənilən vətəndaş hərbi xidmət üçün müraciət edə bilərdi", - deyən təqsirləndirilən şəxs bunun üçün yeganə şərtin qeydiyyat yerinin dəyişdirilməsi olduğunu bildirib və əlavə edib: "Bir aya yaxın müddətdə Qafan qeydiyyatından çıxıb Ağdərə qeydiyyatına düşdüm".

O, müddətdən artıq hərbi xidmətə görə ayda 400 min drama yaxın (təxminən 800 ABŞ dolları) maaş aldığını deyib.

Təqsirləndirilən şəxs Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində avtomat silahı olduğunu da bildirib.

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

***11:44

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən David Babayan epizodlar üzrə prokurorların suallarına cavab verib.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Paylaş

Xəbər lenti

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR