11-04-2025, 10:48 366

Antalyada IV Diplomatiya Forumu işə başlayıb

Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il "Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq" mövzusunu əhatə edir.

Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

*** 07:15

Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində "Parçalanmış dünyada diplomatiyanın bərpası" mövzusu ilə açılacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Bu forumun yüksək səviyyəli qonaqlarından biri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa olacaq. Onun sessiyalarda iştirakı və bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Tədbirdə iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici siyasət rəhbəri Sergey Lavrovla görüşəcək.

Ümumilikdə forumda müxtəlif formatlarda 50-yə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur. Mövzuların çeşidi müxtəlif regionlardakı vəziyyəti əhatə edir: Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Qlobal gündəm, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə və humanitar problemlər də diqqət mərkəzində olacaq.

Forum çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.

İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.

Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Forumda Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza zolağı üzrə təmas qrupunun iclasında iştirakı gözlənilir.

Üçtərəfli məsləhətləşmə mexanizmi çərçivəsində Türkiyə, Bosniya və Herseqovina və Xorvatiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə-İraq təhlükəsizlik mexanizmi ilə bağlı yüksək səviyyəli görüş də baş tuta bilər.

Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.

Forumun işini 50 ölkədən minə yaxın jurnalist işıqlandıracaq. ADF2025, sahilə yaxın yerləşən Belekdəki (Antalyaya yaxın) Nest Konqres Mərkəzində keçiriləcək. Mərkəzə yaxınlaşan yerlərdə və onun ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, sahil mühafizəsi təhlükəsizliyi təmin edir: onun patrul katerləri Belek sahillərində xidmət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR