
Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.
İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub.
Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb edilib.
Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.