12-04-2025, 00:48 240

UFC ilk dəfə Azərbaycanda!

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı Kristal Zalında baş tutacaq. Döyüş yarışı UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə  həyata keçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

 UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiri üçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cümə axşamı saat 10:00-da start götürəcək.

Bildiririk ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: VOLKANOVSKİ vs. LOPES döyüşündən öncə Mayamidə baş tutub.

UFC-nin baş icraçı direktoru Dana Vayt: "Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm."

Gənclər və idman naziri Fərid Qayıbov: "UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan  dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib:

"Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik."

Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşü üçün Octagon®-a sürətli qayıdış etməyi planlaşdırır. "Dana White"s Contender Series"-də UFC çempionluğunu qət edən ilk idmançı  Hill, Tiaqu Santos, Coni Volker və Cimmi Krut kimi döyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluq yolunda irəliləməyi planlaşdırır.

Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi və "Gecənin Döyüşü" seçilən çıxışından sonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson və Modestas Bukauskas üzərindəki qələbələri ilə azarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.

Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərinin böyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geri dönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ən yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan Təğir Ulanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və  ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.

Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və "Dana White"s Contender Series"-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.

Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:

●        İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.

●  Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.

● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.

●  Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.

Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren  kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edirlər.

UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdə tamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədə iştirak etmək üçün öncədən ufc.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər və döyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləməyi unutmayın.

UFC haqqında

UFC® (Ultimate Fighting Championship) - dünyanın aparıcı qarışıq döyüş sənətləri (MMA) təşkilatıdır. 700 milyondan çox azarkeşi və təxminən 300 milyon sosial media izləyicisi ilə UFC, qlobal döyüş sənayesinin lideridir. Təşkilat hər il dünyanın ən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir keçirir və bu tədbirləri 170-dən çox ölkədə 950 milyondan artıq evə yayımlayır.

UFC-nin idmançı heyətində 70-dən çox ölkəni təmsil edən dünyanın ən güclü MMA döyüşçüləri yer alır. Təşkilatın rəqəmsal məhsullarına UFC FIGHT PASS® da daxildir - bu platforma döyüş idman növləri üzrə dünyanın aparıcı yayım xidmətlərindən biridir.

UFC, TKO Group Holdings (NYSE: TKO) tərkibinə daxildir və qərargahı Las Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumat üçün UFC.com saytına daxil ola və UFC-ni Facebook.com/UFC, eləcə də X (Twitter), Snapchat, Instagram və TikTok platformalarında @UFC istifadəçi adı ilə izləyə bilərsiniz.

Paylaş

Xəbər lenti

Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı Bu gün, 19:48 Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb Bu gün, 19:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib Bu gün, 19:48 Bakı metrosunda nə baş verir? - Hazırda 28 may stansiyasında... Bu gün, 19:48 Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər Bu gün, 19:48 Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb Bu gün, 18:48 Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub Bu gün, 18:48 Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" Bu gün, 18:48 Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır Bu gün, 18:48 Metroda generatorlar niyə işə düşməyib? Bu gün, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Bu gün, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Bu gün, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Bu gün, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Bu gün, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Bu gün, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Bu gün, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Bu gün, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Bu gün, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Bu gün, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Bu gün, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Bu gün, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Bu gün, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Bu gün, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Bu gün, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Bu gün, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Bu gün, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Bu gün, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Bu gün, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Bu gün, 15:48 Narkoloji Dispanserdə 26 yaşlı oğlan öldü Bu gün, 15:48 Kukla Teatrına direktor müavini təyin olunub Bu gün, 15:48 Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48 Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllim 200 manatadək cərimələnəcək Bu gün, 14:48 Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib Bu gün, 14:48 Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır Bu gün, 14:48 Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR Bu gün, 14:48 Saat 09:00-da 20 mindən çox abonentin QAZI KƏSİLƏCƏK Bu gün, 14:48 Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb Bu gün, 14:48 "SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR