
Astarada 3-cü sinif şagirdi itkin düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib.
Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, axtarış elan olunub. Azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.