
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən AVESTA.AZ-ə bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mü:hafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
***18:09
Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
AVESTA.AZxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb
***17:27
Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***16:53
Bakının Xətai rayonunda baş verən yanğınla bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
***16:22
Bakıda hündürmərtəbli yaşayış binasında yanğın baş verib.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat daxil olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.
FHN-dən AVESTA.AZ-ə verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli yaşayış binasının mənzilində yanğın baş verib: "Əraziyə nazirliyin və Bakı regional mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.