
Yağışlı hava şəraitinə baxmayaraq, hazırda respublika yollarında heç bir məhdudiyyət yoxdur.
AVESTA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Dağlıq və yağıntının intensiv olduğu ərazilərdə nəqliyyatın fasiləsiz hərəkəti üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Zərurət olduqda yolların təmizlənməsi işlərinə aidiyyəti qurumlarla birgə xüsusi texnikalar da cəlb olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.