
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, metronun "Neftçilər" stansiyasının yanında avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Xəlilov Yusif Rövşən oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.