18-04-2025, 09:48 409

DTX-nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? - MƏHKƏMƏ

Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilən, kompüter məlumatlarını qanunsuz ələ keçirdiyinə görə Dövlət Təhlukəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan "Zeromap" MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədə işə yeni qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev ifadəsində bildirib: "Ultra Technologies" MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda, müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam".

Təqsirləndirilən şəxs "Ultra Technologies" MMC-nin sistemlərinə qanunsuz müdaxilə etməyinə münasibətini bildirərək qeyd edib ki, onun məqsədi bu sistemi yoxlamaq olub.

"Mən ekspertəm. Yoxlamaq mənim işimdir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm. "Ultra Technologies" MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub".

Tural Əliyev istifadə etdiyi kiberproqlamların audit tipli olmaqla yanaşı, sistemlərdə olan boşluqları müəyyən edib şirkətlərə müəyyən məlumatlar verilməsi üçün istifadə etdiyini bildirib.

"Mənim hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Hazırladığım proqram təminatı barədə "İdrak" şirkətinin prezidenti Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım".

Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı o da müəyyən olunub ki, təqsirləndirilən "User Elşən" adlı şəxslə əlaqə saxlayaraq şirkətlərin sisteminə müdaxilələrlə bağlı müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

O, kiberproqramlar vasitəsilə İsrail və ABŞ-yə məxsus şirkətlərin müəyyən məlumatlarını da əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin "Alfa Black Cat" kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında "Karnaval" ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda, təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Paylaş

Xəbər lenti

Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Bu gün, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Bu gün, 22:48 Əməkdar müəllim vəfat etdi Bu gün, 22:48 Bakıda şagirdlər arasında insident Bu gün, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Bu gün, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Bu gün, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Bu gün, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Bu gün, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Bu gün, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Bu gün, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Bu gün, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Bu gün, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Bu gün, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Bu gün, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Bu gün, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Bu gün, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Bu gün, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Bu gün, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Bu gün, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Bu gün, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Bu gün, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Bu gün, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Bu gün, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Bu gün, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Bu gün, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Bu gün, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Bu gün, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Bu gün, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Bu gün, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Bu gün, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Bu gün, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Bu gün, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Bu gün, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Bu gün, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Bu gün, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı Bu gün, 16:48 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Bu gün, 16:48 Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib Bu gün, 15:48 Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb Bu gün, 15:48 Türkiyənin sabiq naziri ev dustaqlığına buraxıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR