
Bakının Binqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən anbar kimi fəaliyyət göstərən ərazidə güclü yanğın baş verib.
AVESTA.AZ-in "qaynar xətti"nə daxil olan məlumata görə, yanğın böyük alov və tüstü ilə müşahidə olunub.
Yerli sakinlər böyük səs-küy və partlayış səsləri eşitdiklərini bildiriblər.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.