Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bürünc medal uğrunda oyunda "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətiriblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılşama ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlki qarşılaşmada da qalib gələn (3:0) "Xilasedici" üçüncü yerin sahibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.