
Bakıda aptekdə ölüm hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən aptekdə baş verib.
Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zenfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.