
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC yenidən təşkil edilir.
AVESTA.AZ "Report" a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb "Bakı Telefon Rabitəsi", "Az-Evro Tel" və "Azərrabitəlayihə" MMC-lər, "Aztelekom"un Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək "Aztelekom"a qoşulmasıdır.
Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına bildirə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.