
Bakı şəhərinin Nəsimi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yüksək temperaturdan yaxınlıqdakı "Toyota" markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.