
Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunda lift problemi yaşanır.
Sakinlər AVESTA.AZ-ə bildirib ki, lift artıq üç həftədən çoxdur ki, işləmir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemi aradan qaldırmaq istiqamətində ciddi addım atılmayıb.
Vətəndaşlar bildirirlər ki, bu, ilk hal deyil – lift əvvəllər də tez-tez xarab olurdu. Xüsusilə yaşlı sakinlər və azyaşlı uşaqlı ailələr üçün bu vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır.
Sakinlər məsələ ilə bağlı qısa zamanda tədbir görüləcəyinə ümid edirlər.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.