
Cənubi Amerika ölkəsi Ekvadorda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin şimal-qərbində yerləşən Esmeraldas bölgəsi sahillərində baş verib.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfatla bağlı rəsmi məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.