
Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini - 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.