
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
*** 17:45
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə İdarəsinin direktoru Babək Mahmudi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı da davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.