21-10-2022, 09:47 523

DSX zabiti: “Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik”

“İkinci Qarabağ müharibəsi dövründə Zəngilan rayonunun Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik”.

Bunu “AVESTA.AZ”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı Mahmud Şükürov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı Zəngilan şəhəri işğaldan azad edildikdən sonra DSX-nin bölmələrinin növbəti tapşırığı rayonun ətraf əraziləri, o cümlədən əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərin azad edilməsi olub:

“Sevinirəm ki, ərazidə əsas strateji yüksəkliyə və əhəmiyyətə malik olan Bartaz və Şükürataz yüksəkliklərinin azad olunması tapşırığı rəhbərlik etdiyim qrupa verilmişdi. Döyüş tapşırığını aldıqdan sonra biz Bartaz dayanacağı adlanan əraziyə qədər texnikalarla hərəkətə keçdik. Artıq düşmən tərəfindən müşahidə olunurduq. Buna görə də piyada şəkildə qrupun irəliləmə taktikasına uyğun olaraq hərəkətə başladıq. Yolboyu düşmənin bir çox maneələri ilə rastlaşdıq. Ermənilər yolları tamami ilə minalamışdı. Lakin bu bizim döyüş əzmimizi qıra bilməzdi. Manevr üsulları taparaq mümkün qədər silsilələrə yaxınlaşdıq. Yüksəkliyə yaxınlaşanda orada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən iri çaplı silahlarla təchiz edilmiş heyətinin mövqeləndiyini gördük”.

Polkovnik-leytenant söyləyib ki, bu zaman bir daha qrupun döyüş taktikasına, müvafiq olaraq düşmənin sayını və hansı silahlardan istifadə etdiyini müəyyənləşdirmək üçün kontrol atəşi açıblar. Daha sonra əməliyyatı bir daha planlaşdıraraq dəqiqləşdirib və hücum əməliyyatına başlayıblar.

“Ərazinin maskalanma xüsusiyyətlərindən istifadə edərək bu qayalıq yerlərdən zirvəyə doğru qalxdıq. Belə bir hiylə taktika işlətdik ki, ermənilərin əsas qüvvələrini zirvənin sağ cinahına çəkək. Sonra onların arxa hissəsindən - qayalıqdan hücum qrupumuz maksimal dərəcədə düşmənə yaxınlaşsın. Əməliyyat planımız baş tutdu. Biz qrupumuzu ərazidə yerləşdirməklə ermənilərə aldadıcı atışlar etdik və onların fikrini həmin istiqamətə cəmlədik. Daha sonra biz mümkün qədər düşmənə yaxınlaşdıq. Onların gözləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla Bartaz yüksəkliklərində cəmlənmiş erməniləri məhv etdik və bizə verilmiş tapşırıq uğurla yerinə yetirildi”, - M.Şükürov vurğulayıb.

DSX zabiti deyib ki, tapşırıq icra edildikdən dərhal sonra ərazi xüsusiyyətlərindən istifadə edilərək orada mühafizə və müdafiə təşkil olunub:

“Bu barədə rabitə vasitəsi ilə Komando Qərargaha məruzə etdim. Rəhbərlik tərəfindən heyətimə təşəkkür edildi və mənə isə mayor hərbi rütbəsi verildi”.

Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, M.Şükürov “Qarabağ” ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Foto: Tapdıq Abdullayev

Paylaş

Xəbər lenti

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş Bu gün, 20:48 "Haber Global": "İlham Əliyev müstəqilliyin elan edildiyi gündə Şuşaya anlamlı səfər reallaşdırdı" Bu gün, 20:48 Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib Bu gün, 20:48 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi Bu gün, 20:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşaya səfərlə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 "Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər Bu gün, 20:48 İrakli Kobaxidze İlham Əliyevi təbrik edib Bu gün, 20:48 Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik Bu gün, 20:48 Avropa Komissiyası "Temu"nu cərimələdi Bu gün, 19:48 Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? Bu gün, 19:48 Cəlilabadda suda boğulan gənc tələbə imiş və iyulda əsgərliyə gedəcəkdi Bu gün, 19:48 "Sabah"ın futbolçusu evləndi Bu gün, 19:48 Prezident İlham Əliyev: "Hər gün gücümüz artır, bölgədə söz sahibiyik" Bu gün, 19:48 Novxanıda günlərdir yola axan su ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 19:48 BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb Bu gün, 19:48 Məhəbbət Kazımovun qardaşı vəfat etdi Bu gün, 18:48 İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib Bu gün, 18:48 Efendiler Group Qurban Bayramı münasibətilə 100 aztəminatlı ailəyə yardım göstərdi Bu gün, 18:48 Cəlilabadda canavarlar təsərrüfata hücum edib Bu gün, 18:48 Novxanı sakinləri ŞİKAYƏTÇİDİR - İçməli su günlərdir yola axır Bu gün, 18:48 Qiyməti əl yandıran bu çiyələk zərərlidir? Bu gün, 18:48 Vəkillər Kollegiyasının məşhur üzvü vəfat etdi Bu gün, 17:48 ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib Bu gün, 17:48 Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi Bu gün, 17:48 İlham Əliyevin Böyük Qaladərəsində sakinlərlə səmimi söhbəti: "Haber Global"ın reportajı Bu gün, 17:48 Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq" Bu gün, 17:48 Ermənistanda hərbi parad: Paşinyan seçkiyə güc nümayişi ilə gedir? Bu gün, 17:48 Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 17:48 Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır Bu gün, 17:48 XİN: Gürcüstan Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir Bu gün, 16:48 Qarabağlı nənənin Prezidentdən səmimi istəyi: "Şuşa qızıma salam apar" Bu gün, 16:48 "İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı İLGİNC İDDİA Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - XƏBƏRDARLIQ Bu gün, 16:48 AQTA: Bayram günü 10 mindən artıq heyvanın kəsimi həyata keçirilib Bu gün, 16:48 Vəkillər Kollegiyasının üzvü vəfat etdi Bu gün, 16:48 Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 16:48 Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı Bu gün, 15:48 Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir Bu gün, 15:48 Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir Bu gün, 15:48 Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir Bu gün, 15:48 Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi Bu gün, 15:48 "Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb Bu gün, 15:48 Sabah gecədən intensiv yağış yağacaq, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Neymar Braziliya millisinin məşqini buraxıb Bu gün, 15:48 "Haber Global" Prezidentin Müstəqillik Günündə Şuşaya səfərini işıqlandırıb Bu gün, 15:48 AQTİ-nin səyyar laboratoriyaları bayram günlərində Cəbrayıl və Füzulidə xidmət göstəriblər Bu gün, 15:48 İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? Bu gün, 15:48 Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR