18-10-2022, 12:43 679

Düşmənin üçüncü səddinin yarılmasının detalları - Zəngilan və Qubadlıya gedən yol necə açılıb?

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmənin bir çox müdafiə mövqeyini darmadağın edib. Qəhrəman hərbçilərimiz Cəbrayıl-Füzuli istiqamətində düşmənin “Ohanyan” səddi kimi tanınan mühəndis istehkamlarını yarıb keçdikdən sonra Cəbrayıl rayonunun Soltanlı-Əmirvarlı kəndləri istiqamətlərində ermənilərin dağ silsiləsindəki mühüm strateji müdafiə mövqelərindən biri ilə üzləşib. Burada birinci və ikinci səddən geri çəkilən düşmən cəmləşmişdi. Post təpənin ən yüksək zirvəsində - Soltanlı-Əmirvarlı kəndlərinə gedən yolun üzərində, strateji yüksəklikdə yerləşib və ermənilər bütün əraziyə tam şəkildə nəzarət ediblər. Lakin buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları qəhrəmanlıqlar göstərərək düşmənin strateji mövqeyini ələ keçirməyə müvəffəq olublar. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin bölmələrinin xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

Bu döyüşlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Dəstəsinin (ÇHD) hərbçilərinin qəhrəmanlıqlarını xüsusi vurğulamaq yerinə düşər. Məhz onlar digər xüsusi təyinatlı hərbi qulluqçularımızla birgə Soltanlı-Əmirvarlı kəndlərinə gedən yolun üzərində yerləşən düşmən postunu ələ keçiriblər. Bu, həmçinin Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı kimi də hərb tariximizə düşüb.

Bu əlamətdar gündə Soltanlı-Əmirvarlı əməliyyatında iştirak etmiş DSX-nin bir qrup hərbçisi Cəbrayıl rayonuna səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.

DSX-nin polkovniki "Zəfər" ordenli Nəsib Mirzəyev "AVESTA.AZ"un Cəbrayıl rayonuna ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, Soltanlı-Əmirvarlı uğrunda gedən döyüşlər Silahlı Qüvvələrin həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.

O qeyd edib ki, Vətən müharibəsində Soltanlı-Əmirvarlı istiqamətlərində olan tapşırıqlar böyük əhəmiyyətə malik idi:

"Çünki DSX-nin xüsusi təyinatlı bölmələrinə Araz çayı boyunca - Cənub-Qərb istiqamətlərini düşməndən təmizləmək tapşırığı verilmişdi. Döyüşlərdə düşmənin birinci və ikinci dayanaq nöqtələri əllərindən çıxmışdı. Həmin sədlər Silahlı Qüvvələrimiz tərəfindən yarılmışdı. Soltanlı-Əmirvarlı səddi ermənilər üçün son möhkəm nöqtə idi. Düşmən bu dayanaq nöqtələrini Araz çayından Cəbrayıl şəhərinə qədər xüsusi təyinatlı bölmələri ilə mühafizə edirdi. Onlar bilirdilər ki, bu ərazinin də - üçüncü səddin də əllərindən çıxması Azərbaycan-İran sərhədinin bərpası olacaq. Həmin yüksəklikdən 8-10 km məsafə düzəngahlıqdır. Düşmən elə başa düşürdü ki, biz bura texnika və canlı qüvvə ilə gələcəyik. Amma sözsüz ki, bizim təminat və silah-sursatımız buna imkan verirdi. Əməliyyat zamanı gecəgörmə və termal cihazlardan istifadə olundu.

Bildiyiniz kimi, xüsusi təyinatlılar heç vaxt rahat yoldan hərəkət etmir. Düşmən isə bunu bilmirdi. Biz Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətində özümüz üçün daldalanacaq nöqtə seçdik. Daha sonra gecə vaxtı ermənilərin arxasına sızdıq, səngər boyu irəlilədik və onları məhv etdik. Düşmənin meyitlərindən görünürdü ki, onların əksəriyyəti xüsusi təyinatlılardır. Ermənilər bizim qarşımızda tab gətirə bilməyib geri çəkilməyə başladılar.

Soltanlı-Əmirvarlı istiqamətlərində üçüncü müdafiə səddinin alınması uğrunda qızğın döyüşlər getdi. Ərazi və relyef baxımından ermənilərin mühəndis maneələri geniş formada və minalı sahələri həddindən artıq çox idi. Düşmən tərəfindən basdırılmış hər hansı zavod üsulu olmayan minalar bizim qarşımıza çıxırdı. Peşəkar istehkamçılar tərəfindən həmin minalar aşkar olunaraq, zərərsizləşdirilirdi".

Polkovnik deyib ki, düşmənin Soltanlı-Əmirvarlı istiqamətlərindəki mövqelərinin ələ keçirilməsi digər bütün uğurlara yol açıb:

"Bu ərazilərin azad edilməsi Zəngilanın düşməndən təmizlənməsi üçün maneələri aradan qaldırdı. Düşmən çalışırdı ki, bu sədd yarılmasın. Daha sonra biz iti sürətlə Zəngilan istiqamətinə hərəkət etdik. Əlbəttə, döyüşlərdə itkilərimiz də oldu. Burada hərbi qulluqçularımız - mayor Malik Əliyev, baş leytenant Elçin Əzizov və gizir Tofiq Əmirli qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Sözsüz ki, qan tökülmədən torpaq azad edilə bilməz. Bu istiqamətdə bizim rəhbərlərimiz tərəfindən, dayanaqlı rabitələrimizin idarə olunması əsasında demək olar ki, şəhid və yaralılarımızın sayı, itkilərimiz az oldu. Onu da bildirmək istəyirəm ki, Ali Baş Komandan və cənab general-polkovnik Elçin Quliyevin bizə diqqət və qayğısı çox böyük idi. Bu da hərbçilərimiz arasında ruh yüksəkliyini artırırdı. Çalışırdıq ki, döyüşlərdən sonra xalqımızın və cənab Prezidentimizin qarşısına alnıaçıq, üzü ağ qayıdaq".

DSX zabiti söyləyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəfər" ordeni ilə yanaşı, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

DSX-nin polkovnik-leytenantı Ələddin Tağıyev də Vətən müharibəsi zamanı Soltanlı-Əmirvarlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, üçüncü səddin mahiyyəti əsasən, düşmənin arxada olan ehtiyat hərbi hissələrinin, silah-sursatının və texnikalarının daha çox cəmləşdiyi ərazi idi:

 Ələddin Tağıyev
Ələddin Tağıyev

"Burada yerləşən erməni hərbçilərinin əsas məqsədi bölmələrimizin qarşısını almaq olumuşdu. Birinci və ikinci səddə nisbətən üçüncü səddə düşmən bizə müqavimət göstərməyə cəhd etdi. Buna baxmayaraq, qüvvələrimizin döyüş qabiliyyəti və hazırlığı nəticəsində Soltanlı-Əmirvarlı istiqamətlərində yerləşən erməni mövqelərini məhv etdik. Düşmən əsasən burada bizim texnikamızı və cəmlənmiş heyətimizi gözləyirdi. Biz ərazinin kəşfini apardıq, relyefdən istifadə edərək sızma əməliyyat ilə kiçik qruplar şəkilində onların mövqeyinə yaxınlaşdıq. Sonra ermənilərin səngərlərinə daxil olduq. Düşmən bizi səngərlərində gördükdə artıq gec idi və onların bir hissəsini darmadağın etdik, digər hissəsi isə silah-sursatını ataraq qaçıb getdilər. Burada bizim əsas tapşırığımız ermənilərə Qubadlı rayonundan gələn təminat yolunu bağlamaq və nəzarət etmək idi. Daha sonra digər ərazilərimizi düşməndən təmizləmək üçün hərəkət etdik. Amma təəssüflər olsun ki, mən üçüncü səddin yarılmasından sonra düşmənin atdığı artilleriya mərmisi nəticəsində yaralandım. Lakin buna baxmayaraq, bizim digər bölmələr döyüş tapşırığını yerinə yetirmək üçün Zəngilan istiqamətinə irəlilədilər".

DSX zabiti bildirib ki, göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Foto: Tapdıq Abdullayev

Paylaş

Xəbər lenti

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş Bu gün, 20:48 "Haber Global": "İlham Əliyev müstəqilliyin elan edildiyi gündə Şuşaya anlamlı səfər reallaşdırdı" Bu gün, 20:48 Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib Bu gün, 20:48 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi Bu gün, 20:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşaya səfərlə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 "Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər Bu gün, 20:48 İrakli Kobaxidze İlham Əliyevi təbrik edib Bu gün, 20:48 Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik Bu gün, 20:48 Avropa Komissiyası "Temu"nu cərimələdi Bu gün, 19:48 Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? Bu gün, 19:48 Cəlilabadda suda boğulan gənc tələbə imiş və iyulda əsgərliyə gedəcəkdi Bu gün, 19:48 "Sabah"ın futbolçusu evləndi Bu gün, 19:48 Prezident İlham Əliyev: "Hər gün gücümüz artır, bölgədə söz sahibiyik" Bu gün, 19:48 Novxanıda günlərdir yola axan su ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 19:48 BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb Bu gün, 19:48 Məhəbbət Kazımovun qardaşı vəfat etdi Bu gün, 18:48 İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib Bu gün, 18:48 Efendiler Group Qurban Bayramı münasibətilə 100 aztəminatlı ailəyə yardım göstərdi Bu gün, 18:48 Cəlilabadda canavarlar təsərrüfata hücum edib Bu gün, 18:48 Novxanı sakinləri ŞİKAYƏTÇİDİR - İçməli su günlərdir yola axır Bu gün, 18:48 Qiyməti əl yandıran bu çiyələk zərərlidir? Bu gün, 18:48 Vəkillər Kollegiyasının məşhur üzvü vəfat etdi Bu gün, 17:48 ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib Bu gün, 17:48 Fermerin qayğısı nədir? - Aqrar sahə üçün süni intellekt və vahid bazar təklifi Bu gün, 17:48 İlham Əliyevin Böyük Qaladərəsində sakinlərlə səmimi söhbəti: "Haber Global"ın reportajı Bu gün, 17:48 Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq" Bu gün, 17:48 Ermənistanda hərbi parad: Paşinyan seçkiyə güc nümayişi ilə gedir? Bu gün, 17:48 Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 17:48 Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır Bu gün, 17:48 XİN: Gürcüstan Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir Bu gün, 16:48 Qarabağlı nənənin Prezidentdən səmimi istəyi: "Şuşa qızıma salam apar" Bu gün, 16:48 "İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı İLGİNC İDDİA Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - XƏBƏRDARLIQ Bu gün, 16:48 AQTA: Bayram günü 10 mindən artıq heyvanın kəsimi həyata keçirilib Bu gün, 16:48 Vəkillər Kollegiyasının üzvü vəfat etdi Bu gün, 16:48 Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 16:48 Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı Bu gün, 15:48 Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir Bu gün, 15:48 Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir Bu gün, 15:48 Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir Bu gün, 15:48 Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi Bu gün, 15:48 "Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb Bu gün, 15:48 Sabah gecədən intensiv yağış yağacaq, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Neymar Braziliya millisinin məşqini buraxıb Bu gün, 15:48 "Haber Global" Prezidentin Müstəqillik Günündə Şuşaya səfərini işıqlandırıb Bu gün, 15:48 AQTİ-nin səyyar laboratoriyaları bayram günlərində Cəbrayıl və Füzulidə xidmət göstəriblər Bu gün, 15:48 İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? Bu gün, 15:48 Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR