30-04-2025, 11:48 388

Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.

Həmçinin ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına - xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.

Bununla yanaşı, bu məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq.

Paylaş

Xəbər lenti

Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib Bu gün, 08:48 Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? Bu gün, 08:48 Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR Bu gün, 08:48 Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə Bu gün, 08:48 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi Bu gün, 08:48 Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? Bu gün, 08:48 70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? Bu gün, 08:48 Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Dünən, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Dünən, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Dünən, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Dünən, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Dünən, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Dünən, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Dünən, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Dünən, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Dünən, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Dünən, 18:48 İranda COVID-19-a yoluxma artır Dünən, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Dünən, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Dünən, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Dünən, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Dünən, 16:48 Azərbaycanlı professor vəfat edib Dünən, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Dünən, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Dünən, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Dünən, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Dünən, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Dünən, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Dünən, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Dünən, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Dünən, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Dünən, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Dünən, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Dünən, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Dünən, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Dünən, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Dünən, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR