
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoff Holokost Memorial Muzeyinin idarə heyətindəki vəzifəsindən uzaqlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
Donald Trampın administrasiyası idarə heyətindəki daha bir neçə üzvü vəzifəsindən kənarlaşdırıb.
Ağ Ev də məlumatı təsdiqləyərək bildirib ki, artıq boşalan yerlərə namizədlərlə müsahibələr keçirilir və yeni təyinatlar gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.