21-10-2022, 11:52 621

Zahid Oruc:

"Qərb kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi".

"Report" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, azad torpaqlara köçürülən ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu.

Deputat bildirib ki, "Ermənistan ərazilərinin ələ keçirilməsi"ndən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır:

"Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb".

Deputat vurğulayıb ki, qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər:

"Qərbin hazırki mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək. Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır. Halbuki baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. İran ordusu “Zəngəzur dəhlizi”nin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər. Beləliklə, hadisələr düz yüz il əvvəlki ssenari üzrə gedir. Tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni lideləri əvvəlcə rus çarına sıgındılar. Daha sonra 1-ci dünya müharibəsində məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi".

"Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq", - Z.Oruc əlavə edib.

Paylaş

Xəbər lenti

Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48 Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutdu Dünən, 18:48 Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb Dünən, 18:48 Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi Dünən, 18:48 Məzuniyyətlə bağlı qaydalar dəyişir Dünən, 17:48 Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ Dünən, 17:48 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır Dünən, 17:48 Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR