
Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.
AVESTA.AZ Teleqraf.az-a istinadən xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı.
Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.