
Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.