21-10-2022, 15:53 593

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Zərdab rayon mərkəzi stadionu sanki unudulmuş, yaddan çıxmış və istismar müddəti bitmiş haldadır. Sakinlər bu idman ocağından istifadə edə bilmirlər.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1500 tamaşaçı tutumuna malik, 3 hektara yaxın ərazisi olan stadionun vəziyyəti acınacaqlı haldadır.

Rayon mərkəzində yeganə olan stadion ötən əsrin 90-cı illərində istifadəyə verilib və bu müddət ərzində ancaq bir neçə dəfə yüngül təmir olunub.

İdman ocağı ötən 30 il ərzində bir dəfə də olsun əsaslı təmir olunmadığından tribunalar istifadəyə yararsız, meydança isə şoranlıq ərazidə yerləşdiyindən toz içindədir.

Sakinlər bildiriblər ki, rayondaxili bütün futbol turnirləri uzun illər boyu bu stadionda keçirilib. Onların sözlərinə görə, əvvəllər burada vəziyyət nisbətən yaxşı olub, torpağın şoranlığı o qədər də özünü büruzə verməyib. Amma son illər havanın quraqlıq keçməsi vəziyyəti bir qədər qəlizləşdirib. Artıq tozdan futbol oynamaq mümkün olmur.

Qonşu rayonlarda standartlara uyğun, şəraiti olan stadionlar olsa da, həmin rayonlara getmək vaxt itkisinə səbəb olur. Eyni zamanda maddi tərəfdən də sərfəli deyil.

Sakinlər digər rayonlarda olduğu kimi, Zərdabda da yeni ot örtüklü və idmanla məşğul olmaq üçün hər cür şəraiti olan meydanın tikilməsini və ya mövcud stadionun əsaslı təmir olmasını istəyirlər.

Məsələ ilə bağlı Zərdab rayon Gənclər və İdman idarəsindən bildirilib ki, adıçəkilən arena nazirliyin diqqətindədir, həmin stadion layihələndirilib və gələcəkdə əsaslı təmir olunması nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev isə “Report”un yerli bürosuna açıqlamasında qeyd edib ki, Zərdab rayonunda İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən, qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilib.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR