21-10-2022, 17:50 508

Psixoloq:

Zaman dəyişir, texnologiyalar sürətlə inkişaf edir, yeni kəşflər, həyatın yeni şərt və reallıqları insanların həyatını asanlaşdırdığı kimi bəzi problemlər də yaradır. Bu da özlüyündə psixoloji gərginliyə, sonda isə ciddi fəsadlara səbəb olur. Belə fəsadlara depresiya, yaddaş pozğunluğu, yuxusuzluq, ailə münaqişələri, boşanmaları misal göstərmək olar. Təbii ki, bunlardan çıxış yolları da var və onların ən vaciblərindən biri psixoloji xidmətdən yararalanmaqdır.

Klinik psixoloq Şərafət Şirinli yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı “AVESTA.AZ”un suallarını cavablandırıb.

- Psixoloqla psixiatrın fərqi nədir? İnsanlar bu ixtisas sahiblərini necə ayırd edə bilər?

- Təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində bu iki ixtisası qarışdırırlar. Psixiatr həkimdir və psixi xəstəlikləri dərmanla müalicə edir. Psixiatr müalicə kursunu şəxsin psixi durumu və sosial faktorları nəzərə alaraq müəyyənləşdirir. Psixoloqun isə dərman yazmağa ixtiyarı yoxdur və problemi yalnız söhbət əsasında üzə çıxarır və çözməyə çalışır.

- Psixoloqa daha çox kimlər müraciət edir yaxud etməlidir?

- Hazırda övladlarını psixoloji konsultasiyaya gətirən valideynlər daha çoxdur. Bu o demək deyil ki, onların özündə problem yoxdur. Sadəcə olaraq psixoloji narahatlıqlar uşaqlarda özünü daha qabarıq şəkildə göstərir. Əgər uşaq özünü narahat hiss edirsə bu çox vaxt ailədəki durumla bağlı olur. Belə olanda ailə ilə də işləmək lazım gəlir.

- Sosial şəbəkələrdə tez-tez müəllim-şagird münasibətlərində, eyni zamanda şagirdlərin öz aralarında neqativ halların olduğunu əks etdirən görüntülər yayılır. Məktəb psixoloqları bunu necə aradan qaldıra bilər? Onların əsas işi nədən ibarətdir?

- Məktəb psixoloqu klinik psixoloq deyil, o pedaqoq-psixoloqdur. Bunlar arasında çox böyük fərq var. Məktəb psixoloqları terapiya ilə məşğul olmamalıdır. Ümumiyyətlə, istənilən problem söhbət əsnasında ortaya çıxır. Məktəb psixoloqu məktəbin həm müəllim kollektivi, həm şagirdləri, həm də onların valideynləri ilə işləməlidir. İndi siz təsəvvür edin ki, bir məktəb psixoloqu bu qədər insanla iş-ünsiyyət qurmalıdır. Bu baxımdan məktəb psixoloqları müəyyən mənada çətinliklər də yaşayır. Mən təxminən 10 ilə yaxın məktəbdə psixoloq işləmişəm. Ona görə bu məsələlərə yaxından bələdəm. Bəzi uşaqlarda nevroz problemi olur. Belə olduğu halda məktəb psixoloqundan terapevtik iş tələb edirlər. Yəni, tələb qoyulur ki, uşağın nevrozu var və məktəb psixoloqu bunu aradan qaldırsın. Bu, yanlışdır. Məktəb psixoloqu bununla məşğul ola bilməz. O, şagirdi, yaxud problemli müəllimi hansısa nevroloqa yönləndirə bilər. Məktəb psixoloqunun korreksiyon qruplar formalaşdırması mümkündür. Yaxşı oxumayan şagirdlərlərlə, istedadlı şagirdlərlərlə, yaxud şəhid və qazi övladları ilə iş qrupları yaradıla bilər. Bu formada kömək etmək mümkündür.

- İnsanlar hansı mərhələdə psixoloqa müraciət etməlidir?

- Psixoloqa müraciət etmək üçün problemin ciddi xarakter almasını gözləmək lazım deyil. Məsələn, ola bilər ki, sizin adi saydığınız bir çətinliyiniz var, aylardır onun üzərində düşünürsünüz, rəfiqələrinizlə, valideynlərinizlə, yaxınlarınızla bölüşürsünüz, onlar sizə məsləhət verirlər. Ancaq görürsünüz ki, vəziyyət dəyişmir və özünüz də çıxış yolu tapa bilmirsiniz. Onda artıq psixoloqa müraciət etmək lazımdır. Bu o demək deyil ki, mən getdim psixoloqdan məsləhət aldım. Psixoloq məsləhət verə bilməz, yalnız problemi yaradan səbəblərin üzərində işləməlidir.

- Azərbaycanda cütlüklər nikah bağlamamışdan əvvəl tibbi müayinədən keçirlər. Ailədaxili münaqişlər isə daha çox psixoloji faktorlarla bağlıdır. Ailə quran insanların psixoloji testdən də keçmələri mümkündürmü?

- Hazırda ölkəmizdə boşanma proseduru dəyişdirilib və bunun üçün əvvəlcə mediasiya xidmətinə müraciət etmək tələb olunur. Mediatorlar hər iki tərəflə söhbətlər aparmalı, onları barışdırmağa çalışmalıdır. Əgər bu mümkün olmasa, onda məhkəməyə müraciət olunur.

Cütlüklərin nikahdan əvvəl psixoloji testdən keçmələri çox yaxşı olar. Mənim bununla bağlı çox müsbət təcrübəm də var. Bəzi cütlüklər evlənmədən əvvəl yaxud yeni münasibətə başladıqları dönəmlərdə psixoloqa müraciət edirlər. Hansısa anlaşılmazlıq olduqda psixoloqun köməyi ilə onu aradan qaldırmaq üçün cəhd göstərirlər.

Ayrılmaq istəyən cütlüklərə də tələsik addım atmamağı, hər şeyi dərindən götür-qoy etməyi, emosiyasız qərar verməyi, bir-birinə güzəştə getməyi tövsiyə edirik. Ümumiyyətlə, ailə birikdə rəqs etmək deməkdir. Mütləq deyil ki, bu tango ya vals olsun. Əsas odurki, bu rəqsdə hər iki tərəf iştirak etsin. Çox vaxt hərə özü üçün rəqs edir. İlk vaxtlar bir-birinizin ayağını tapdalaya bilərsiniz, bu, normaldır. Vacib olan səhvlərdən dərs çıxararaq yenidən rəqsə davam etməkdir.

- Bəzən deyirlər ki, psixoloqlar insana baxaraq onun xarakterini müəyyən edə bilir. Bu, fikri doğru hesab etmək olar?

- Bu sual mənə tez-tez verilir. O zaman deyirəm ki, falçı deyiləm. Əgər, hansısa psixoloq sizi görən kimi, yaxud bir qədər söhbətdən sonra sizinlə bağlı fikir bildirsə, belə psixoloqlara heç vaxt inanmayın. Çünki insan birhüceyrəli varlıq deyil ki, həmin hüceyrəyə baxıb nəsə deyilsin. Ümumiyyətlə, insan dəyişə bilir. İstək olduğu təqdirdə dəyişmək mümkündür. İnsan yeganə varlıqdır ki, sevdiyi zaman dəyişir.

- İnsanın emosiyalarını tam büruzə verməməsi, daxilində boğması hansı fəsadlara səbəb ola bilər? Bununla necə mübarizə aparmaq mümkündür?

- Öncəliklə, onu deyim ki, mübarizə aparmamalıyıq. Mübarizə özlüyündə müharibə deməkdir. Yaxşı olar ki, vəziyyəti qəbul edək. Bu zaman insan hər şeyi analiz edir, baş verənlər haqqında düşünməyə başlayır. Onda baxış bucağı dəyişir və insan inkişaf edir.

- Bir çox insanlar yuxusuzluqdan şikayətlənir. Bunu necə aradan qaldırmaq olar?

- Buna texnologiyaların təsiri çoxdur. Amma ən böyük səbəblərdən bir də bizim daha çox zehni əməklə məşğul olmağımızdır. Bu, yanlışdır. Yalnız zehni, intellektual əməklə məşğul olmamalıyıq. Fiziki əmək də vacibdir. Beynimizin gərginləşməsi əzələmizin gərginləşməsinə gətirib çıxarır. Adətən emosional olaraq gərgin oluruq.

Yuxu hormonlarımız az olduqda yuxuya getmək də çətinləşir. Bu isə adətən gecə saat 12-dən sonra baş verir. Sağlam olmaq üçün idman ən yaxşı vasitələrdən biridir. Bu yolla yuxu problemini də aradan qaldırmaq mümkündür.

Foto: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb Bu gün, 00:48 Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? Bu gün, 00:48 Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə Dünən, 23:48 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik" Dünən, 23:48 "ASELSAN" Naxçıvanda zavod yaradacaq Dünən, 23:48 Zığ şosesində yük maşını aşdı: Yol bağlandı Dünən, 23:48 Azərbaycanda toyda kütləvi zəhərlənmə Dünən, 23:48 Azərbaycan-Rusiya hərbi əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub Dünən, 22:48 Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər Dünən, 22:48 Həsənzadə: ABŞ SEPAH və "Bəsic" qərargahlarına hücumla heç nəyə nail olmayıb Dünən, 22:48 Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir Dünən, 22:48 ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk Dünən, 22:48 İstilik pulunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Yeni güzəşt imkanı açıqlandı Dünən, 21:48 Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub" Dünən, 21:48 "Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar Dünən, 21:48 Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq Dünən, 21:48 Metroda xətlərin ayrılmasının maliyyə yükü - Ziyan necə kompensasiya olunacaq? Dünən, 20:48 Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib Dünən, 20:48 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb Dünən, 20:48 Həbsdə olan vəkillər azadlığa buraxıldılar Dünən, 20:48 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Dünən, 20:48 Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU Dünən, 19:48 Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB Dünən, 19:48 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Dünən, 19:48 "McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb Dünən, 19:48 "Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" Dünən, 19:48 Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Dünən, 19:48 "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Dünən, 19:48 SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Dünən, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Dünən, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Dünən, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Dünən, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Dünən, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Dünən, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Dünən, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Dünən, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Dünən, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Dünən, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Dünən, 17:48 Kredit faizləri niyə azalmır? Dünən, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Dünən, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Dünən, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Dünən, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Dünən, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Dünən, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR