9-05-2025, 14:48 544

Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?

Bəzən vətəndaşın özündən asılı olmayan səbəblərdən şəxsi əmlakı zərər görə bilir. Bu hadisələrə təbii fəlakətlər (sel, torpaq sürüşməsi, yanğınlar, şiddətli yağış və külək, zəlzələ və digərləri) aiddir. Lakin bir çox vətəndaş bu cür hallar qarşısında nə edəcəklərini bilmir. 

BAKU.WS xəbər verir ki, modern.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev deyib ki, vətəndaşların mülkiyyət hüququ ilə sahib olduğu daşınmaz əmlak – mənzil, fərdi ev, obyekt və ya qeyri-yaşayış sahəsi – hər bir vətəndaş üçün dəyərli və strateji sərvətdir. Onu yalnız fiziki təhlükələrdən deyil, maliyyə risklərindən də qorumaq üçün sığorta mühüm vasitədir.

Sığorta niyə vacibdir?

"Əmlakı sığortalamaq, mülkiyyəti gözlənilməz risklərdən, məsələn, yanğın, oğurluq, təbii fəlakətlər və s. qorumaq üçün vacib addımdır. Bu proses vətəndaşların maliyyə təhlükəsizliyini təmin edir. Əlbəttə ki, bu hadisəsinin nə vaxt, necə və hansı şəraitdə baş verəcəyini əvvəlcədən ehtimal etmək çox çətindir. Xüsusi ilə də təbii fəlakətlərlə əlaqədar risklərin müəyyənləşdirilməsi çətin prosesdir. Lakin, sığorta məhsullarından istifadə etmək, sığortalanmaq gələcəkdə baş verə biləcək hal və hadisələr zamanı vətəndaşların qarşılaşdığı maliyyə itkisinin qarşısını alır" - deyə, o bildirib. 

Sığortanı necə əldə bilərik?

Bugün sığorta məhsullarının əldə olunması daha rahat və əlçatandır. Çünki vətəndaş özü internet imkanları ilə sığorta şirkətinin veb-saytına daxil olub, sığorta məhsullarını əldə edə bilər. Sığorta hadisələri baş verdikdə əlbətdə ki, müəyyən itkiləri də özü ilə bərabər gətirir, xüsusi ilə baş vermiş hadisənin təbii fəlakətlər fonunda olması isə daha çox şəxsi əhatə edir və daha irimiqyaslı zərərlərin dəyməsini ehtiva edir. Təbii fəlakətlərə qarşı sığortalanmanın bir sıra üstünlükləri mövcuddur ki,  bu da vətəndaşı hadisə zamanı ciddi maliyyə itkisinə qarşı qorunmanı təmin edir, əmlakın və ya yaşayış yerinin bərpası üçün sığorta ödənişi ödənildikdə, fəlakətdən sonra normal həyata dönüş prosesi xeyli sürətlənir.

Ekspert söyləyib ki, bu risklərə münasibətdə ölkəmizdə bir sıra sığorta məhsulları mövcuddur ki, bunlardan bəziləri icbari sığorta kateqoriyasına və digərləri isə könüllü sığorta növlərinə aiddir.

"Ölkəmizdə "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun qəbul edilmiş və 2011-ci ildən tətbiq edilməyə başlamışdır. Bu sığorta növü üzrə sığorta təminatlarına təbii fəlakətlər nəticəsində əmlaka dəymiş zərər, eyni zamanda yanğın, partlayış riskləri, bundan başqa subasma kimi hadisə tezliyi yüksək olan risklər aiddir. Sığorta məbləği və sığorta haqları şəhər və regionlara uyğun olaraq dəyişir. 

Məsələn, Bakı şəhəri üzrə sığorta haqqı illik 50 manat olmaqla, 25.000 manatlıq bir təminatla əmlakı qeyd olunan risklərdən sığortalamaq mümkündür. Bu məbləğ, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat olmaqla, 20.000 manatlıq bir təminatı əhatə edir, respublikamızın digər regionlarında isə 30 manat olmaqla, 15.000 manatlıq təminatı əhatə edir." 

Emin Allahverdiyev vurğulayıb ki, kiçik sığorta haqları ödəməklə il ərzində baş verə biləcək istər təbii fəlakətlər, istərsə də digər risklərə münasibətdə təminat almaq mümkündür və bu sığorta növünün ölkədə  sığorta haqqı baxımından kifayət qədər əlçatan olduğunun da göstəricisidir. Qeyd olunan risklər üzrə hadisə baş verdiyi zaman əmlakın konstruktiv elementlərinə, bəzək elementlərinə, elektrik, rabitə və digər naqillərinə, qaz və su təchizatına, divar, tavan və döşəmələrə dəymiş zərərlər üzrə təminat verilir.

​Bundan başqa əmlakı könüllü qaydada da sığorta etdirmək mümkündür. Burada sığorta məbləğini və şərtlərini sığortaçı ilə sığortalı arasında razılaşdıraraq müqavilə bağlamaq mümkündür. 

Könüllü sığortada risklər müqavilədə qeyd olunmalıdır

Könüllü əmlak sığortası ilə vətəndaş hətta daşınar əmlaklarını da təbii fəlakət risklərinə münasibətdə sığorta edə bilər. Bundan başqa könüllü əmlak sığortası üzrə sığorta haqlarını sığorta şirkəti ilə razılaşdıraraq hissəli ödənişlərlə də ödəmək mümkündür. Sığorta risklərinin siyahısında təbii fəlakətlər, zəlzələ, sel, daşqın, tufan, qasırğa kimi təminatların olmasına diqqət etmək lazımdır. Çünki könüllü sığortalarda yalnız sığorta şəhadətnaməsində qeyd edilmiş risklər üzrə təminatlar verilir və bu nöqteyi-nəzərdən sığorta şəhadətnaməsini alarkən mütləq onu oxumalı və daha sonra imzalamalısınız.

Fərdi şəkildə əmlakı sığorta etmək üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış və digər sənədlər) və sığortalının şəxsiyyət vəsiqəsinin təqdim edilməsi lazımdır. Vətəndaş bu prosesi internet resursları vasitəsi ilə sığorta şirkətlərinin web səhifələrinə də daxil olub edə bilər.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR