22-10-2022, 12:49 545

"İran dünyada azərbaycanlıların bütün hüquqlarının pozulduğu yeganə yerdir".

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, fars-molla rejimi müstəqillik əldə etdikdən bu günə qədər hər zaman Azərbaycana qarşı qərəzli münasibət bəsləyib: "İran Ermənistanın Azərbaycana təcavüzünü açıq, yaxud gizli şəkildə dəstəkləyib. Cənub qonşumuz düşüncələrində və əməllərindəki riyakarlıqla anti-Azərbaycan əməllərini pərdələyərək Ermənistanın genişçaplı işğalını stimullaşdıran ölkələrdən ən birincisi olub. Bu, yaxın tarixdə İranın Azərbaycana qarşı münasibətinin acı mənzərəsidir. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri Ermənistanla bərabər həm də İrana sarsıdıcı zərbə vurub. Ölkəmizin Vətən müharibəsindən sonra həm regionda, həm də dünya miqyasında nüfuzunun artması İranı son dərəcə narahat edib, qıcıqlandırıb. Bu gün Azərbaycanın güclü və qüdrətli olması, demokratik bir ölkə kimi yüksək inkişaf səviyyəsinə çataraq diqqət mərkəzində özünə yer tutması Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mübarizəsinə stimullaşdırıcı təsir göstərir. Ona görə də İran Azərbaycana qarşı münasibətdə indiki halda daha aqressiv mövqe tutmağa başlayıb”.

Fəzail Ağamalı
Fəzail Ağamalı

F.Ağamalı İranın milli azlıqların dilinin, mədəniyyətinin qorunmasına, inkişaf etdirilməsinə, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edəcəyini öz konstitusiyası ilə təsbit etdiyini diqqətə çatdırıb: "Ancaq qonşu ölkə bu əməlləri öz konstitusiyasına da hörmət etmir. Hansı ki, soydaşlarımız İranda milli azlıq deyil, aparılan araşdırmalar göstərir ki, azərbaycanlılar aborigen olaraq orada yaşayan əhalinin əksəriyyətini təşkil edir. Burada azlıqda qalan farslar və digər etnik xalqlardır. Buna baxmayaraq fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onun milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz sıxışdırılır. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var. Dünyada yeganə yer İran deyilən ölkədir ki, orada azərbaycanlıların hüquqları bütün sahələrdə pozulur”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söyləmiş olduğu fikirlər bu günə və gələcəyə hədəflənən, xalqımızın milli maraqlarını hərtərəfli şəkildə ehtiva edən mövqedir: "Dövlət başçısının söylədiyi fikirlər birbaşa İranda yaşayan soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönələn dahiyanə çağırışlardır. Ümidvaram ki, güneyli soydaşlarımız da hansısa formada bu fikirlərlə tanış olacaq, dərk edəcəklər ki, onların hüquqları Azərbaycan dövləti tərəfindən müdafiə olunur və bundan sonra da müdafiə olunacaq”.

Paylaş

Xəbər lenti

Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb Bu gün, 21:48 Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ Bu gün, 21:48 Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? Bu gün, 21:48 Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA Bu gün, 21:48 Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib Bu gün, 21:48 Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi Bu gün, 20:48 "Real Madrid" Mourinyoya təklif göndərib? - Özü cavab verdi Bu gün, 20:48 TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib Bu gün, 20:48 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub Bu gün, 20:48 Apple şirkətinin rekord gəlirləri açıqlandı Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər Bu gün, 19:48 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı Bu gün, 19:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Bu gün, 19:48 Xərçəng xəstəliyinə qarşı yeni müdafiə mexanizmi aşkar edilib Bu gün, 19:48 Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir" Bu gün, 19:48 Texasda təyyarə qəzasında beş nəfər ölüb Bu gün, 19:48 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib Bu gün, 18:48 IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 18:48 Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA! Bu gün, 18:48 İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu Bu gün, 18:48 Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb Bu gün, 18:48 Belarus Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır Bu gün, 17:48 Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib Bu gün, 17:48 Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et! Bu gün, 17:48 Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb Bu gün, 17:48 İran: ABŞ-nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub Bu gün, 17:48 Tofiq Əsgərova yüksək vəzifə verildi Bu gün, 17:48 Vuçiç: Serbiyanın "nüvə silahı hazırlaması" iddiaları absurddur Bu gün, 17:48 Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO Bu gün, 17:48 Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik Bu gün, 17:48 Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar Bu gün, 17:48 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Bu gün, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Bu gün, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Bu gün, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Bu gün, 16:48 Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR