21-10-2022, 18:09 777

Prezident:

"Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir".

"AVESTA.AZ" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.

"Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər.

Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik", - dövlət başçısı bildirib.

Paylaş

Xəbər lenti

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Bu gün, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Bu gün, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Bu gün, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Bu gün, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Bu gün, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Bu gün, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Bu gün, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Bu gün, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Bu gün, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Bu gün, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Bu gün, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Bu gün, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Bu gün, 18:48 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? Bu gün, 18:48 Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq Bu gün, 18:48 Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub Bu gün, 18:48 Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır? Bu gün, 18:48 Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq Bu gün, 18:48 Şamaxı və Şahdağa dolu düşüb Bu gün, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Bu gün, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Bu gün, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Bu gün, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Bu gün, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Bu gün, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Bu gün, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Bu gün, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Bu gün, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Bu gün, 16:48 Qubada kanaldan meyit tapılıb Bu gün, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Bu gün, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Bu gün, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Bu gün, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Bu gün, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Bu gün, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Bu gün, 15:48 Ana 22 ildir yetişdirdiyi oğlunu Avropa çempionatına hazırlayır Bu gün, 15:48 Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb Bu gün, 15:48 Bakıda məhkuma aid silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü Bu gün, 15:48 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər Bu gün, 14:48 SOCAR dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək Bu gün, 14:48 İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM Bu gün, 14:48 Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 14:48 Elnur Soltanov: "Azərbaycanda BOEM-in payı gələn ilin sonunadək 34 %-ə çatacaq" Bu gün, 14:48 AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatıb Bu gün, 14:48 Elvin Məmmədzadəyə yeni vəzifə verildi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR