
Bu ilin aprel ayılnda Rusiyada limonun pərakəndə satış qiyməti 56,7 % artıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" yazıb.
Nəşrin məlumatına görə, ötən ay paytaxt Moskvada limonun 1 kiloqramının qiyməti 161,1 rubladan (təxminən 2 ABŞ dolları) 252,4 rubla (təxminən 3 ABŞ dolları) yüksəlib.
Qeyd olunur ki, hər il apreldə limon bahalaşsa da, builki qiymət artımı görünməmiş həddə olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.