
Rusiyalı prodüser və "Na-Na" qrupunun yaradıcısı Bari Əlibasovun oğlu onuncu dəfə evlənib.
AVESTA.AZ xəbər verir ki, bu barədə NTV kanalında "Zvezdy soshlis" verilişinin efirində o özü danışıb.
Əlibasovun oğlunun onuncu seçimi Arina adlı Rusiya şahmat çempionudur.
Cütlük arasında hisslər şahmat oyunu zamanı yaranıb.
"Əvvəlcə ona təklif etdim: gəlin uşaq sahibi olaq, sonra baxarıq evlənək, ya yox. Bu çox vacibdir", - deyə Əlibasov bildirib.
Qeyd olunub ki, Əlibasovun oğlu xanımı yeddi aylıq hamilə olanda ona evlənmə təklifi edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.