
Türkiyənin reytinqli layihələrindən olan "Deha" serialı ilə bağlı dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, əvvəl ekran əsərinin finalı 32-ci bölümə planlaşdırılırdı. Lakin serial artıq 31-ci bölümdə finala çıxacaq.
Bununla da "Deha" 1 həftə daha tez tamaşaçılarla vidalaşacaq.
Xatırladaq ki, serialın baş rolunda tanınmış aktyor Aras Bulut İynemli yer alıb. Layihədə məşhur aktrisa Melis Sezen də rol alır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.