
"Pepe" ləqəbi ilə tanınan sabiq Uruqvay Prezidenti Xose Mujika 89 yaşında dünyasını dəyişib.
AVESTA.AZ xəbər verir ki, Uruqvay Prezidenti Yamandu Orsi bu barədə X sosial media platformasında paylaşım edərək, Mujikanın paytaxt Montevideoda vəfat etdiyini bildirib.
Qısa müddət əvvəl mediaya verdiyi açıqlamada Mujika səhhətinin pisləşdiyini qeyd etmişdi.
O, 2021-ci ildə verdiyi açıqlamada yemək borusunda (özofagus) bədxassəli şiş aşkarlanmasını elan etmiş və aktiv siyasətdən çəkildiyini bəyan etmişdi.
Son illərini Montevideonun kənd bölgəsindəki sadə fermasında keçirən Mujika, 2009-cu ildə keçirilən seçkilərdə qalib gələrək 2010–2015-ci illərdə Uruqvayın dövlət başçısı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.