9-03-2025, 20:48 411

Bəzi ixtisaslar üzrə keçid balı artacaq

Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəcanla bu imtahanları gözləyirlər. Statistikaya görə, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Bəs görəsən, builki qəbul imtahanları necə olacaq? Hansısa yeniliklər gözlənilirmi? Qəbul planında artım və ya azalma olacaqmı? Keçid balları ilə bağlı proqnozlar nədən ibarətdir?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İmtahanlar tədricən mürəkkəbləşir

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, son illərdə qəbul imtahanlarının tədricən mürəkkəbləşdiyi müşahidə olunur. Onun sözlərinə görə, qəbul imtahanlarında təfəkkürə və tətbiqi biliklərə əsaslanan sualların artması ehtimalı yüksəkdir: "Xüsusilə məntiqi təfəkkürü yoxlayan suallara daha çox yer ayrılması mümkündür. 2023-cü və 2024-cü illərdə keçirilmiş imtahanların sual modelləri göstərir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məqsədi tək bilikləri yoxlamaq deyil, həm də onları tətbiq etməyi tələb edən situativ sualları artırmaqdır. Bu tendensiya builki imtahanlarda da davam edə bilər. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsas tövsiyə məntiqi və analitik təfəkkürə əsaslanan suallara üstünlük vermək, müxtəlif tipli testləri işləməklə imtahan formatına uyğunlaşmaq və vaxtı effektiv idarə etməkdir. Xüsusilə riyaziyyat və məntiq əsaslı tapşırıqlarda sürətli və dəqiq cavab vermək qabiliyyətinin inkişaf etdirilməsi vacibdir".

İmtahanların formatında köklü dəyişikliklər olmayacaq

Ekspert vurğulayır ki, qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir: "DİM imtahanların strukturunu ani və kəskin dəyişikliklərlə yox, tədricən transformasiya etməklə yeniləyir. Lakin bəzi fənlər üzrə açıq sualların və situasiya əsaslı tapşırıqların artması mümkündür. Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərində yazılı cavab tələb edən sualların nisbətinin artması ehtimalı var".

Qəbul planında artım və ya azalma məsələsinə gəlincə, mütəxəssis bunun bir neçə amildən asılı olduğunu bildirir: "2024-cü ildə tələbə qəbulu planında bəzi universitetlər üzrə kiçik dəyişikliklər olsa da, ümumi qəbul planında ciddi azalma müşahidə olunmadı. 2025-ci ildə universitetlərdə yerlərin sayının necə tənzimlənəcəyi iqtisadi və sosial amillərdən asılıdır. Xüsusilə texniki və tətbiqi ixtisaslara marağın artması fonunda həmin ixtisas qruplarında qəbul yerlərinin artırılması mümkündür. Digər tərəfdən, bəzi ixtisaslar üzrə tələbatın az olması səbəbindən qəbul yerlərinin azaldılması da ehtimal edilə bilər".

Keçid ballarında ciddi dəyişiklik

Ekspert onu da qeyd edir ki, əgər qəbul planı genişlənərsə və plan yerlərinin sayı artarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər: "Əksinə, əgər plan yerləri azaldılarsa və ya abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə yüksələrsə, keçid ballarının artmasını müşahidə edəcəyik".

K.Əsədovun sözlərinə görə, son illər bəzi ixtisaslar üzrə keçid ballarında ciddi dəyişikliklər baş verib: "Xüsusilə tibb, informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə keçid ballarının artması tendensiyası müşahidə edilir. Bunun səbəbi həmin sahələrə tələbatın artması və yüksək bal toplayan abituriyentlərin bu ixtisaslara yönəlməsidir. Əksinə, bəzi humanitar ixtisaslarda keçid balları aşağı düşüb, çünki həmin sahələrə maraq əvvəlki illərə nisbətən azalıb".

Rəqabət daha yüksək olacaq

Təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında rəqabət daha yüksək olacaq: "Abituriyentlərin statistikasına baxsaq görərik ki, ötən illərlə müqayisədə müraciət sayında ciddi artım var. Yəqin ki, bu say 100 min nəfərə qədər artacaq. Bu da o deməkdir ki, plan yerləri uğrunda rəqabət çox olacaq". Ekspertin fikrincə, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər daha hazırlıqlı olurlar: "Abituriyentlər artıq imtahan suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır".

Plan yerlərinin sayı artacaq

Ekspert vurğulayır ki, abituriyentlərin nəticələri uğurlu olarsa, bu, prestijli ixtisaslarda keçid ballarına təsir edəcək: "Amma dövlətin sosial-iqtisadi proqramında 2026-2027-ci ilə qədər qəbul planının təxminən 85 minə qədər çatdırılması planlaşdırılıb. Bu, həm magistr, həm də bakalavrları əhatə edir. Düşünürük ki, bu il həm bakalavr, həm magistratura pilləsinə təxminən 75-80 minə yaxın qəbul aparılacaq. Belə olan halda plan yerinin artması ümumi mübarizə aparan abituriyentlərin hər birinin demək olar ki, qəbul olunması anlamını verir".

E.Əfədinin sözlərinə görə, bu il birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, o cümlədən neft-qaz mühəndisliyi, kimya mühəndisliyi ixtisaslarında rəqabət yüksək olacaq. İkinci ixtisas qrupunda maliyyə, biznesin idarə edilməsi, o cümlədən menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika ixtisaslarına tələbat daha böyük olacaq. Üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, o cümlədən, pedaqoji ixtisaslara qəbul gərgin mübarizədə keçəcək. Dördüncü ixtisas qrupunda isə tibb və stomatologiya, biotexnologiya, psixologiya ixtisasları rəqabətli olacaq.

E.Əfəndi sözügedən ixtisaslar üzrə keçid ballarının artacağını proqnozlaşdırır: "Bu ixtisaslarda rəqabət ildən-ilə artır. Ona görə də keçid ballarının enməsini deyil, artmasını gözləyirik. Əgər bu il nəticələr yaxşı olarsa, minimum 3-5 bal, maksimum 15-20 bala qədər artım gözlənilir".

Paylaş

Xəbər lenti

Sumqayıtda qaz təchizatı dayandırılacaq Bu gün, 15:48 Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib Bu gün, 15:48 Azərbaycanda 4 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb Bu gün, 15:48 Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub Bu gün, 15:48 Rusiyalı funksional çoxnövçülük çempionu öldürülüb Bu gün, 15:48 Amerikalı məşhur falçı yox ola biləcək şəhərləri açıqlayıb Bu gün, 15:48 Sabah bu kəndlərdə qaz olmayacaq Bu gün, 14:48 Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı Bu gün, 14:48 BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Bu gün, 14:48 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA Bu gün, 14:48 Agentlik sədrinin müşaviri işdən çıxdı Bu gün, 14:48 ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb Bu gün, 14:48 Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub Bu gün, 14:48 Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi Bu gün, 14:48 Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48 Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48 Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub Bu gün, 12:48 Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb Bu gün, 12:48 Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Bakı Slavyan Universitetinin professoru vəfat edib Bu gün, 12:48 Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib Bu gün, 12:48 Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini Bu gün, 12:48 Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB Bu gün, 12:48 Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48 Balakən kanat yolunun inşasına başlanılıb Bu gün, 11:48 Tanınmış terapevt-uroloq vəfat edib Bu gün, 11:48 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ Bu gün, 11:48 Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 11:48 Hantavirusla bağlı yeni YOLUXMALAR Bu gün, 11:48 Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir Bu gün, 11:48 Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏRİ Bu gün, 11:48 Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir Bu gün, 11:48 Sarayda avtomobil partlayıb, xəsarət alan var Bu gün, 11:48 Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir Bu gün, 10:48 Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR