
Perunun cənubunda Ayakuço regionunda 6 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 5.22-də Pukio yaşayış məntəqəsindən 23 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 97 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.