
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu gün Moskva vaxtı ilə saat 17:00-da telefonla danışacaqlar.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov məlumat verib. Onun sözlərinə görə, iki lider arasında baş tutacaq telefon danışığında İstanbulda keçirilən danışıqların nəticələri müzakirə olunacaq.
Telefon görüşməsi ilə bağlı əlavə təfərrüat verilməyib. Görüşün regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi üçün əhəmiyyətli olacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.