20-05-2025, 16:48 309

AZANS Lissabonda keçirilən

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun "Airspace World 2025" sərgisində iştirak edib.

BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib.

Sərgi 13–15 mayda Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir.

Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub. Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştrak edib.

"Airspace World 2025"də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın "DFS Deutsche Flugsicherung", Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri və "ACI World" ("Airports Council International") qatılıb. Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.

Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan "ATM Awards 2024" nominasiyasında AZANS-ın "Collaboration and Community" kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı "Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində qazanıb. Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.

Bundan əlavə, AZANS INDRA, "Aireon", ADB SAFEGATE, SITA, "Searidge Technologies", UFA, "NG Aviation" və ERA kimi aparıcı qlobal texnologiya şirkətləri ilə görüşlər keçirərək müasir müşahidə, rabitə və rəqəmsal sistemlərin inteqrasiyası mövzusunda fikir mübadiləsi aparıb.

Bu müzakirələr AZANS-ın hava hərəkətinin idarə olunması üzrə Azərbaycanın infrastrukturunu qabaqcıl beynəlxalq təcrübələr əsasında modernləşdirmək strategiyasının mühüm tərkib hissəsidir.

Həmçinin AZANS sərgi çərçivəsində iki əsas regional koordinasiya iclası keçirib. Bunlardan birincisi Mərkəzi Asiya və Türkiyə üzrə aeronaviqasiya qurumlarının rəhbərlikləri, digəri isə AZANS və Türkiyənin DHMİ idarəsi tərəfindən birgə təsis edilən SOCEA-nın (Avropa və Asiya Aeronaviqasiya Təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizlik Platforması) icraçı direktorlar arasında görüş olub. Hər iki tədbirdə regional inteqrasiya, sərhədlərarası əməkdaşlıq, rəqəmsal transformasiya və hava məkanında təhlükəsizliyin artırılması mövzuları müzakirə olunub.

Paylaş

Xəbər lenti

İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Bu gün, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Bu gün, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Bu gün, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Bu gün, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Bu gün, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Bu gün, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Bu gün, 11:48 Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük" Bu gün, 11:48 Kanada Aİ-yə assosiativ üzvlük təklif edib Bu gün, 11:48 Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır Bu gün, 10:48 Premyer Liqa: "Zirə" bu gün "Qarabağ"ı qəbul edəcək Bu gün, 10:48 İndoneziyada 243 nəfərin olduğu gəmi batıb Bu gün, 10:48 Kuşner: Putinin ərazi tələbləri Ukrayna ilə razılaşmaya mane olur Bu gün, 10:48 Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə! Bu gün, 10:48 Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb Bu gün, 09:48 İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü Bu gün, 09:48 Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı Bu gün, 09:48 İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var Bu gün, 09:48 İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib Bu gün, 00:48 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi Bu gün, 00:48 Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48 İRNA: İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında iki partlayış olub Dünən, 23:48 "Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları Dünən, 23:48 Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini "xoşməramlı jest" adlandırıb Dünən, 23:48 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Dünən, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Dünən, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Dünən, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Dünən, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Dünən, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Dünən, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Dünən, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Dünən, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Dünən, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Dünən, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Dünən, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Dünən, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Dünən, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Dünən, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Dünən, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Dünən, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Dünən, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Dünən, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Dünən, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Dünən, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Dünən, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Dünən, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Dünən, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR