
Bakıda güclü yanğın baş verib.
Bu barədə hadisə şahidləri AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən AVESTA.AZ-ə bildirildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib. Hazırda FHN-in qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.