
Lökbatan dairəsində avtomobil yanıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu gün saat 16 radələrində "Mercedes Vito" markalı avtomobil yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib, yanğın söndürülüb.
Görüntülərdən də aydın olur ki, avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının görüntülərini təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.