
Harvard Universiteti xarici tələbələrə qoyulan qadağa ilə bağlı ABŞ hökumətini məhkəməyə verib.
AVESTA.AZ xəbər verir ki, məhkəmə sənədlərinə görə, Harvard Universiteti ABŞ hökumətinə qarşı məhkəməyə müraciət edərək, təhsil müəssisəsini xarici ölkələrdən olan tələbələri qəbul etmək hüququndan məhrum etməsini tələb edir.
Harvardın müraciətində, ABŞ Konstitusiyasına əsasən, "hökumətin qanunsuz hərəkətlərini" ləğv etmək və qadağan etmək tələb olunur.
Bir gün əvvəl ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem deyib ki, Harvard ali məktəbi xarici tələbələri qəbul etmək hüququndan məhrum edilir və hazırda universitetdə təhsil alanlar başqa ali məktəblərə köçürülməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.