24-05-2025, 14:48 466

Cəlilabadda aşkarlanan qədim qoç heykəlləri - Onlar nə zaman rəsmi qeydiyyata alınacaq?

Cəlilabad rayonunun Buravar kəndində 2022-ci ildə aşkar olunan qoç daş heykəllərinin hələ də dövlət qeydiyyatına alınmaması tarixçiləri narahat edir.

BAKU.WS xəbər verir ki, bu barədə report-un Muğan bürosuna tədqiqatçı Sabit Qurbanov bildirib.

Onun sözlərinə görə, bu heykəllər Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi olsa da, təəssüf ki, son illərdə bu nadir abidələrin bir çoxu baxımsızlıq ucbatından sıradan çıxır. Nəticədə tariximizin mühüm izləri unudulmağa başlayır:

"Rayonun Buravar kəndində 2022-ci ildə yerləşən köhnə qəbiristanlıq ərazisində qoç və ehtimal edilən buğa daş fiquru aşkar edilib. Həmin fiqurlar bədii işlənmə və forma xüsusiyyətləri Cənubi Azərbaycanın və Qarabağ bölgəsinin oxşar nümunələri ilə uyğundur. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin regional idarəsinin rəhbərliyi tərəfindən 2022-ci ildə ərazidə monitorinq keçirilib. Lakin mədəni irs nümunələrinə hələ də heç bir mühafizə statusu verilməyib. Onlar açıq havada iqlim dəyişikliklərinin təsiri altında tədricən aşınır".

Mütəxəssis sözügedən daş abidələrin mühafizə olunaraq tanıdılmasının zəruriliyini vurğulayıb:

"Bu abidələr yalnız Cəlilabadın deyil, bütün Azərbaycanın türk mənşəli qədim abidələr sisteminin bir parçasıdır. Nümunələrin mühafizəyə götürülməsi və ictimaiyyətə tanıdılması vacibdir. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidməti və yerli idarəetmə orqanları bu istiqamətdə addımlar atmalıdır. Gec olmadan bu abidələrə diqqət yetirilməli, onların gələcək nəsillərə çatdırılması üçün tədbirlər görülməlidir".

Məsələ ilə bağlı "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Cəlilabad rayonunda dövlət qeydiyyatında olan 46 tarix və mədəniyyət abidəsi var. Son illər aparılmış monitorinqlər nəticəsində tarix, memarlıq və arxeoloji əlamət daşıyan 11 obyekt müəyyən edilərək yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb:

"Hazırda Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır.

Daha sonra qanunvericiliyə uyğun olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa, həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür.

Cəlilabad rayonunda da qeyd olunan obyektlərin tarixi abidələrin siyahısına daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir".

Paylaş

Xəbər lenti

Uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni qaydalar: Ekspertdən VACİB AÇIQLAMALAR Bu gün, 00:48 Ev sahiblərinin seçimi: Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? Dünən, 23:48 Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb Dünən, 23:48 Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir Dünən, 23:48 IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar hansılardır? Dünən, 23:48 Ən tez küsən bürclər açıqlandı – Siz də onların arasındasınız? Dünən, 23:48 Çində milyonlarla insan təxliyə edildi, minlərlə reys ləğv olundu Dünən, 22:48 Suriyada Əsəd dövründən sonra ilk Xalq Məclisi iclası keçirildi Dünən, 22:48 Almaniya Ukraynaya 50 min zərbə PUA-sı göndərməyə hazırlaşır Dünən, 22:48 İranın Bəndər Abbas limanı yaxınlığında partlayış səsləri eşidilib Dünən, 21:48 Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi Dünən, 21:48 Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur Dünən, 21:48 İranın Ali rəhbəri ABŞ və İsrailə qarşı qisas vəd etdi Dünən, 20:48 Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI Dünən, 20:48 Şimal-qərb bölgəsində təbii fəlakət: Selin vurduğu zərər müəyyənləşdirilir Dünən, 20:48 Oman İrana etiraz notası təqdim etdi Dünən, 20:48 Ruslan Lunev Avropa Kubokunda növbəti qızıl medalını qazandı Dünən, 19:48 İngiltərənin qolu qalmaqal yaratdı – FIFA iddialara cavab verdi Dünən, 19:48 Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb Dünən, 19:48 Türkiyədə meşə yanğınlarına qarşı 140 min könüllü səfərbər olunub Dünən, 19:48 IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb Dünən, 18:48 Haluk Leventin saxlanılması barədə qərar verildi Dünən, 18:48 Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib Dünən, 18:48 Samur-Abşeron kanalında yeniyetmə batıb Dünən, 18:48 Kaliforniyada meşə yanğını sürətlə böyüyür: Minlərlə hektar ərazi alov içində, təxliyələr başladı Dünən, 17:48 Milyonlar xərclədi, yenə xəstələndi – məşhur biohakerin diaqnozu müzakirə yaradır Dünən, 17:48 İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb Dünən, 17:48 Türkiyə Nazirlər Kabineti NATO sammiti və regional məsələləri müzakirə edəcək Dünən, 17:48 Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Dünən, 16:48 Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb Dünən, 16:48 Zelenski Ukraynada genişmiqyaslı kadr islahatlarına start verir Dünən, 16:48 "Günəş gözümə düşdü, idarəetməni itirdim" - Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI Dünən, 16:48 Ot tayaları yandı, yük maşını yararsız hala düşdü Dünən, 15:48 Azərbaycanda tanınmış musiqiçi vəfat edib Dünən, 15:48 Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib Dünən, 14:48 Tovuzda yaşayış evində YANĞIN: İki nəfər xəsarət alıb Dünən, 14:48 İmtahanda 12 nəfərdə mobil telefon aşkarlanıb Dünən, 14:48 "Taşacak bu deniz"də daha bir eşq Dünən, 14:48 Ağdaşda "Mercedes" yanıb kül oldu Dünən, 13:48 Venesuelanı bu amerikalı nazir idarə edir? Dünən, 13:48 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib Dünən, 13:48 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər Dünən, 13:48 "Kızılcık Şerbeti"nin aktyoru yeni serialda Dünən, 12:48 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub Dünən, 12:48 Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq Dünən, 12:48 Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir Dünən, 12:48 Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR