
Paytaxtın Sabunçu rayonunda meyit tapılıb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb.
Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.