
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri Ukraynanın müraciəti ilə iki nüvə obyektini təftiş etməyə hazırlaşır.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə nüvə tənzimləyicisinin rəhbəri Rafael Qrossun bəyanatında deyilir.
"AEBA (əməkdaşları-red) yaxın günlərdə bu obyektlərə səfərə hazırlaşır. Səfərin məqsədi hər hansı mümkün elan olunmamış nüvə fəaliyyətlərini və materiallarını müəyyən etməkdir", - bəyanatın mətnində deyilir.
Qeyd edək ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı rəsmi Kiyevin AEBA ekspertlərini ölkəyə dəvət etmək qərarını dəstəkləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.