
Ukraynaya Qara dənizdəki liman infrastrukturunun təcili bərpası üçün 500 milyon avro lazımdır.
AVESTA.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, Bu barədə İcma İnkişafı Nazirinin müavini Andrey Kaşuba bildirib.
"Hərbi əməliyyatlar nəticəsində 400-ə yaxın liman infrastrukturuna ziyan dəyib. Yalnız kritik infrastrukturun ilkin bərpası üçün 500 milyon avro lazımdır", - Kaşuba vurğulayıb.
O, infrastrukturun tam bərpası üçün lazım olan məbləği də açıqlayıb. Kaşubanın sözlərinə görə, bu işlər bir milyard avroya başa gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.