
Abşeron rayonunun Qobu qəsəbəsində, Çingiz Mustafayev küçəsində yaşayan sakinlər narazıdırlar.
Bu barədə şikayətlə AVESTA.AZ-in "qaynar xətti"nə sakin Neymət Mürsəlov məlumat verib.
O bildirib ki, əraziyə işıq dirəkləri quraşdırılsa da işıqlandırma sistemi tam işə salınmayıb. Nəticədə küçə gecələr qaranlığa qərq olur. Sakinlər həmçinin yol problemindən də əziyyət çəkirlər.
"Dəfələrlə bu barədə müvafiq qurumlara şikayət etmişik. Lakin dərdimizə çarə olan yoxdur", - deyə şikayətçi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.