
Futbolçu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın yeni sevgilisi var.
AVESTA.AZ xəbər verir ki, onun PSJ-li ulduz Əşrəf Hakimi ilə eşq yaşadığı bildirilir.
Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, onlar dəvətlərdən birinə birlikdə qatılıblar və gecə boyunca səmimi görüntüləri ilə diqqət çəkiblər.
Daha sonra isə qaldıqları oteldən birlikdə ayrılıblar.
Xatırladaq ki, İkardidən bir müddət əvvəl ayrılan Vanda reper L-Gante ilə eşq yaşayırdı. Lakin bu münasibəti də uzun davam etmədi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.