
Bu gün Bakıda güclü külək müxtəlif ərazilərdə ağacların aşmasına səbəb olub.
Hadisə şahidlərinin AVESTA.AZ-in "qaynar xətti"nə verdikləri məlumata görə, belə hadisələrdən biri də saat 18:00-da Nərimanov rayonu, Atatürk prospekti 38 ünvanında qeydə alınıb.
Külək nəhəng ağacı aşırıb. Hadisə nəticəsində ağacın altında park edilən avtomobillər əzilib. Ümumilikdə 8 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.