
Bakıda yol qəzası baş verib.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə səhər saat 12 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Qəza zamanı "Renault" markalı maşınla, taksi fəaliyyəti göstərən "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerindən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.